BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sevdiyi qızdan əl çəkmədi, başını kəsdilər – SEVGİ DRAMI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncədə qətl törətməkdə təqsirləndirilən Bahadur Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

İstixəbər.info-un open.az-a istinadən məlumatına görə, B. Qasımov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Daşkəsən rayon Almalı kənd sakini, 20 yaşlı Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçırdaraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb.

Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiklərini bildirərək, onların razılıqlarını almaq istəyib. Amma qarşı tərəfə yenə rədd cavabı verib.

A.İsayev isə israrla qızı yenə qaçırdacağını deyib. Məsələyə qızın Şəmkir rayonunun Tatarlı kəndindən olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu qarışıb və oğlana onunla Gəncə şəhərində görüşüb, söhbət etmək istədiyini bildirib. B.Qasımov söhbətə gələn A.İsayevi Gəncə şəhəri, Ziya Bünyadov küçəsi, 77 ünvanında yerləşən qardaşına məxsus evə aparıb. Orada onların arasında mübahisə düşüb. Bu zaman B.Qasımov onun boğazını kəsərək qətlə yetirib. O, daha sonra yaşadığı Şəmkir rayonuna gedib. Bir neçə gündən sonra isə Şəmkir rayon Polis Şöbəsinə gedərək törətdiyi cinayəti etiraf edib və könüllü şəkildə təslim olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları A.İsayevin meytini hadisə baş verən ünvanda aşkar ediblər.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26