BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sevənləri Çingiz Mustafayevi unutmadılar


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Milli Qəhrəman doğum günü münasibəti ilə Şəhidlər Xiyabanındakı məzarı başında anıldı

Azərbaycanın Milli Qəhrəmanı, peşə başında şəhid olmuş telejurnalist Çingiz Mustafayevin xatirəsini əziz tutanlar doğum günü ilə bağlı onun məzarını ziyarət ediblər.

İstixəbər.info İstiPress-ə istinadən xəbər verir ki, doğmaları və tanışları, keçmiş həmkarları, həmçinin onu unutmayan və qəhrəmanlığını yüksək tutan Azərbaycan vətəndaşları mərhumun Şəhidlər Xiyabanındakı məzarının üstünə gələrək dualar oxuyub, atası istefada olan hərbçi Fuad Mustafayevə, qardaşları  hərbi reportyorlar Vahid və Seyfulla Mustafayevlərə səbr diləyiblər.  Milli  Qəhrəmanın qəbrinin üzərinə gül çələngi qoyulub, ruhuna dualar oxuyublar.

Milli Qəhrəman Çingiz Mustafayev məzarı başında anıldı

Milli Qəhrəman Çingiz Mustafayev məzarı başında anıldı

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub.

1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. Çingiz Mustafayev, 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubu yaradıb. O, Azərbaycanda ilk DJ kimi tanınır. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir.

Çingiz Mustafayev jurnalist fəaliyyətinə 1990-cı il 20 Yanvar hadisələri zamanı başlayır. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.

Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi, ona görə də Çingiz əlahiddə olaraq 215 KL studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Çingiz Mustafayev 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən dünyasını dəyişib.

Hadisə zamanı Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi…

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26