BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Seksdən sonra bunu etməyin! — Alimlərdən XƏBƏRDARLIQ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

İstixeber.info ABŞ-da 3 fərqli qadın xəstəlikləri və doğum mütəxəssisi ilə söhbətləşən “Insider” jurnalının cinsi münasibətdən sonra edilməli olan və olmayan vərdişlər haqqındakı məqaləsini təqdim edir:

1. Tualetdən istifadə etməyi unutmayın

Seksdən sonra sidik kisəsinin boşaldılması xüsusən də qadınlar üçün çox önəmlidir. ABŞ-ın Los Anceles şəhərində qadın xəstəlikləri və doğum mütəxəssisləri kimi çalışan Dr. Allison Hill və Dr. Yvon Bon cinsi münasibətdə olmanın vaginadakı bakteriyaların sidik kisəsinə çatmasında təsirli ola biləcəyinə diqqət çəkiblər.

2. Duş qəbul etməkdən çəkinməyin

Alimlər cinsi münasibətdən sonra çimmək və ya duş qəbul etmək mövzusunda həmfikir olsalar da, cakuzi kimi isti suya girməyin xüsusən də qadınlar üçün doğru olmadığını bildirirlər. Çünki isti su dərinizin antimikrobial baryerinin təsirini azalda bilər.

3. Genital bölgələrə ətir və ya iyli məhsullar vurmayın

Ətirli sabunlar, gellər, losyonlar kimi genital sağlamlıq üçün istehsal edilən məhsullardan istifadənin zərərsiz olduğunü düşünə bilərsiniz. Lakinbu məhsullar xüsusilə qadınlarda dərinin qıcıqlanmasına səbəb olur. Ona görə də, xüsusən də cinsi münasibətdən sonra istifadə etməməlisiniz. Həkimlər bu mövzuda bunları deyiblər: “Bədəninizdə olan normal və yararlı bakteriayaları dəyişdirə biləcəyi üçün tərkibində kimyəvi madddələr olan sabun və bu kimi məhsulların istifadəsini tövsiyə etmirik. Ən idealı cindi orqanı ilıq sua ilə yumaqdır. Gellər, kremlər və nəmləndiricilər həssas floranı pozaraq pis bakteriayaların və ya göbələklərin böyüməsinə səbəb ola bilər.

4. Əsla vaginal duş qəbul etməyin!

Alimlər hamiləlik və ya cinsi yolla keçən infeksiyaların qarşısını almaq üçün önəmli sayılan vaginal duş üçün müsbət şeylər düşünmürlər. Vaginal duşun normal floranı dəyişdirərək sidik sistemi infeksiyaları riskini artırdığını deyən Dr. Karolin DeLusia bu yolla təbii bakterial floramızı təmizləyərək hər hansı bakteriya və göbələyin təsirinə açıq hala gətidiyimizi bildirib.

5. Cinsi münasibətdən sonra dar geyim və alt paltarı geyinməyin

Cinsi münasibətdən sonra orqanizm mayesi ümumilikdə çox olur və sürtünmə bakteriyaları ətrafa yayır. Sərbəst drenaj və havaya icazə vermək lazımdır. Bu formada bədənin təbii olaraq özünü təmizləməsinə şərait yaratmış olursunuz.

6. Partnyorunuzla cinsi sağlamlıq haqqında danışmaq üçün münasibətin sonunu gözləməyin

Cinsi yolla keçən infeksiyalar üçün davamlı olaraq test etdirmək cinsi sağlamlığın önəmli bir hissəsidir.
Partnyorunuzla bu mövzuda danışmaq, açıq və dürüst söhbət üçün cinsi münasibətə başlamağı gözləməyin. İnfeksiyalara görə test etdirmisinisə, tərəf müqabilinizdən də bunu soruşmağa utanmayın.

7. Cinsi münasibətdən sonra telefon və ya TV pultunu əlinizə almayın

Münasibətdən sonrakı anlar partnyorunuzla əlaqə qurmağın əla bir yolu ola bilər. Onunla birlikdə olmaq aranızdakı bağları möhkəmləndirir.\olke.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26