BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SAXLANILAN ŞƏXSLƏR MƏSULİYYƏTƏ CƏLB OLUNDULAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba rayonunda oğurluq edən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.
Belə ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Cavid Nəcəfov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari ilin oktyabr-noyabr ayları ərzində rayonun Bağbanlı kəndi ərazisində yerləşən bağlardan və şəhər bazarı ərazisində yerləşən mağazalardan 5 oğurluq hadisəsi törətməsi, vətəndaşlara məxsus pul qabları, mağazalardan tütün məmulatları, spirtli içki və yeyinti məhsulları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurması müəyyən edilib.
Həmçinin keçirilmiş tədbirlərlə rayon ərazisində oxşar cinayətləri törədən başqa şəxslərin də şəxsiyyəti məlum olub. Belə ki, rayon ərazisində yerləşən inşaat materialları mağazalarının birindən xeyli miqdarda santexnika avadanlıqları oğurlamaqda şübhəli bilinən Rafiq Abdullayev, Quba şəhər sakini M.Məmmədovun etibarından istifadə edərək aldatma yolu ilə pulunu mənimsəyən Qəribşah Hacıağayev saxlanılıb.
Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunublar. Onların başqa oğurluq hadisələrində iştirak edib etməməsi araşdırılır.

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26