BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Saray postunda reyd keçirilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yol Patrul Xidməti Alayının 1-ci tağımı tərəfindən sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib

Daxili İşlər Nazirliyindən İstixəbər.info saytına verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq, kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib. Tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. YPX əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib.

Tədbir zamanı avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin postun ərazisində olan həkim briqadası bir neçə sürücünü tibbi müayinədən keçiriblər.

Profilaktik tədbir zamanı postun ərazisində xarici ölkə vətəndaşlarının idarə etdiyi iki nəqliyyat vasitəsi də saxlanılıb. Postda xidmət aparan polis serjantı Elvin Xankişiyev əcnəbilərlə ingilis dilində profilaktik söhbət apararaq, avtomobildəki sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsini nöqsan kimi bildirib. Yol polisinin bu iradı turistlər tərəfindən aradan qaldırılandan sonra onlar yollarını davam etdiriblər.

Yol Patrul Xidməti əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26