BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sakinlərdən qaz pulunu yığıb,xəstə övladını müalicə etdi.Amma sonda..


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

26.06.2018-ci il tarixində İstixəbər.info saytına belə bir şikayət məktubu daxil olub.Məktubda deyilir:Xaçmaz rayonun Balaqusar qışlaq  və Ağaverdioba kəndlərinin bəzi sakinləri  kənddə qaz sayqaclarına nəzarət edən bir şəxs tərəfindən aldadıldıqlarını deyirlər.Beləki, 2018 –cilin fevral ayında İlkin Akifoğlu adlı şəxs bəzi kənd sakinlərindən qaz pulunu yığıb amma, pulu ödəmədiyi məlum olub.Sakinlər verdikləri pulun nə qəbzi nə də ödəniş olunma haqqında heç  bir sənəd əldə edə bilmədiklərini gördükdə ,ərizə ilə Xaçmaz Qaz istismar sahəsinin rəisi E.Camalova müraciət ediblər . Məsələni dəqiqləşdirmək üçün kənd sakinləri ilə birilikdə Xaçmaz Regional Qaz İstismar İdarəsinin  Xaçmaz Qaz istismar sahəsinin Xudat şəhəri üzrə nümayyəndələri ilə görüşdük.Satyımıza məlumatın dəqiq olduğu bildirildi.Həmin şəxsdən şikayətçi olan şəxslərin ərizələri qəbul olunduğu və Xaçmaz Qaz istismar sahəsinin rəisinə 
göndərildiyi bildirildi..Kənd sakinlərinin narazılığına səbəb olan İlkin Akifoğlunun özü ilə elə sakinlərlə  birlikdə görüşdük.İlkin deyir ki,sakinlərdən  ümümilikdə 2000 -manata kimi pul alıb. İlkin pulu xəstə övladına xərclədiyi,imkanı olmadıqı üçün bu işi etdiyini söylədi.Oxucularımızın nəzərinə onuda çatdırmaq istəyirəm ki,İlkin Akifoğlu Qaz idarəsinin ştatnı işçisi deyil.Yəni 1-illik müqavilə ilə nəzarətçi çilingərin köməkçisi kimi fəaliyyət göstərir.Çəkiliş apardığımız vaxt İlkin borclu olduğu vətəndaşlardan biri Şirinov Fərruxdan aldıqı 150 manat pulu elə oradaca qaytardı.Digər sakinlərə borclu olduğu, yəni aldatma yolu ilə mənimsədiyi pulları qarşıdakı üç gün ərzində tam ödəyəcəyini bildirdi.Məsələni aydınlaşdırmaq üçün  “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevdən münasibət öyrəndik.İbrahim müəllim şikayətlərin tez bir zamanda araşdırılıb mətbuata ətraflı məlumat veriləcəyini söylədi.İstixəbər.info saytı olaraq mövzunu qüvvədə saxlayırıq.Kənd sakinlərindən qaz pulunu alıb ödəniş etməyən İlkin Akifoğlunun pulu alması barəsində kameramıza danışdıqlarını ,videomatreal olaraq sizə təqdim edirik..

İstixəbər.info İnformasıya Portalı Xudat 2018-ci il

Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26