BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SAKİNLƏR POLİSDƏN RAZILIQ ETDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Vətəndaş məmnunluğunun təmini, vətəndaşları narahat edən problemləri obyektiv araşdırıb aradan qaldırılması məqsədi ilə Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyi mütəmadi olaraq sakinlərlə görüş keçirir.

İstixeber.info xəbər verir ki, bir qədər əvvəl belə tədbir Seyidimli kəndində baş tutub. Kənd sakinləri kəndarası yolların bərpası və rabitə xətlərinin yenilənməsi ilə bağlı Polis Şöbəsinin rəhbərliyinə müraciət edib. Qaldırılan məsələlər tez bir zamanda həll olunması üçün nəzarətə götürülüb və aidiyyatı qurumlara məlumat verilib. Birgə görülmüş işlərin nəticəsi olaraq Seyidimli kəndinin yolları təmir edilərək və rabitə xəttləri yenilənərək kənd sakinlərinin istifadəsinə verilib. Bu işlərin tez bir zamanda həll olunmasında göstərdiyi köməkliyə görə Seyidimli kənd sakinləri RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26