BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SAĞLAM HƏYAT-SAĞLAM GƏLƏCƏKDİR – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

SAĞLAM HƏYAT-SAĞLAM GƏLƏCƏKDİR

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı rayondakı Heydər Əliyev Mərkəzində on ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirləri ilə “Narkotiklər haqqında nə bilirik”, “Narkotik, yoxsa həyat”, “Radikal və separatçı dini təriqətlərin fəsadları və profilaktikası”, “Erkən nikahlar, onun fəsadları və qarşısının alınması yolları” mövzularında görüş keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji heyəti və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov narkomaniyanın fəsadları barədə geniş məlumat verib. Narkomaniyanın ən böyük problemlərdən olduğunu və bu bəlanın qurbanlarının bütün dünyada durmadan artığını bildirən rəis, bu maddələrin istifadəçisi olan şəxslərin öz həyatlarını bilə-bilə məhv etdiyini qeyd edib. Hal-hazırda narkotiklərin aludəçisinə çevrilmiş şəxslərin əksəriyyətini gənclər təşkil etdiyini, bir çox insanların sağlamlıqlarını itirdikdən sonra öldürücü maddələrin pəncəsindən yaxa qurtarmağa çalışdığını, lakin buna müvəffəq ola bilmədiklərini bildirib.
O, erkən nikah mövzusuna da toxunaraq, erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yarandığını və onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olduğunu bildirib. S.Neymətov həmçinin qeyd edib ki, heç bir valideyn övladını yeniyetmə vaxtlarında evliliyə məcbur edərək onun gələcəyini məhv etməməlidir.
İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Rüstəm Rüstəmov və Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Emil Babayev daxili işlər orqanları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlər barədə məlumat veriblər. Dini radikalizm mövzusuna da toxunan natiqlər, ölkədəki dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq, dövlət-din münasibətlərinin qanunvericiliklə tənzimləndiyini bildiriblər. Gənclərə qeyri-ənənəvi dini cərəyanların təsirinə düşməkdən uzaq durmalarını, milli-mənəvi və dini dəyərlərimizin qorunmasında, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində cəmiyyətdə daha aktiv mövqe tutmalarının vacibliyi barədə məlumat veriblər.
RPŞ-nin Veteranlar Şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov keçirilən tədbirin mahiyyəti və zəruriliyini qeyd edərək, milli mənəvi dəyərlərin qorunub saxlanması və inkişafının məhz sağlam gəncliyimizdən asılı olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri barədə qısametrajlı film göstərilib.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26