BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ŞABRANDA “Bu günkü Gənclər Sabahın Liderləridir” adlı tədbir keçirilmişdir – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması üçün məqsədyönlü islahatlara başlanmışdır.

Azərbaycanın hər bir bölgəsində dövlət gənclər siyasəti uğurla icra olunur. Şabran rayonunda da gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi istiqamətində müxtəlif işlər görülür. Eləcədə Şabran Tarix Diyarşünaslıq Muzeyində 2 fevral Gənclər Günü ilə əlaqədar “Bu günkü Gənclər Sabahın Liderləridir” adlı tədbir keçirilmişdir.

İstixəbər.info xəbər verir ki, tədbirdə Qarabağ döyüşlərinin iştirakçısı, ehtiyatda olan kapitan, yaralanmış zabit B.Bəhramov, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru T.Əliyev, Şabran rayon USİŞM məşqçisi Y.Quliyev və şagirdləri, İstixəbər informasiya portalını müxbiri E.Hüseynov, Şabran rayon Gənclər və İdman İdarəsinin əməkdaşları M.Hüseynov və E.Balabəyov iştirak etmişdir. 2 fevral Gənclər Günü münasibəti ilə Muzeyin direktoru B.Məmmədova gəncləri təbrik etmiş, Azərbaycan gəncliyinin müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantı olmasını qeyd edərək sözü Şabran rayon USİŞM məşqçisi Y.Quliyevə vermişdir. Tədbir çıxışlar və Azərbaycan Gəncliyini əks etdirən videoçarx ilə davam edərək “Çiçəklənən Gəncliyimiz” adlı sərgiyə baxış və xatirə şəkili çəkdirilərək sona çatdı.

İstixəbər.info Şabran 2019-cu il

Xüsusi müxbir: Etibar Hüseynov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26