BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabran rayonunun Güləmli kənd sakinlərinin üzü gülmürki,gülmür.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki ,bu gün səhər saatlarında bir qrup Şabran rayonunun  Güləmli kənd sakinləri yollarının bərbad vəziyyətdə olduğu üçün aidiyatı qrumlardan  yollarının təmir olunmasını xahiş ediblər.

Şabran Rayon mərkəzindən 2-km aralıda yərləşən Güləmli kənd sakinləri deyirki ,yolları bərbad vəziyyətdədir.
Sakinlər məsələ ilə bağlı iradlarını Şabran rayonu İH-nin nümayyəndələrinə və ərazi üzrə polis müvəkkilinə çatdırıblar.Şabran rayonu İH -nin müavini Fikrət Nuşiyevdən aldığımız məlumata görə,həmin ərazidə yenidən qurma işləri ilə bağlı ağır texnikalar daim hərəkətdədir.Ərazidə su məsələlərinin həlli istiqamətində işlər aparılır və yaxın zamanlarda işlər yekunlaşacaq.Onuda nəzərinizə çatdırma istəyirəm ki, hal hazırda Şabran şəhərinin kanalizasiya sistemi üçün burda təmizləyici qurğu tikilir. Bundan əlavə dəmyə torpaqların suvarılması üçün Samur-Abşeron kanalının yenilənməsi layihəsi çərçivəsində tikinti işləri aparılır. Bu inşaat işləri çərçivəsində kənddaxili asfalt yollar həqiqətən bərbad vəziyyətə düşüb. Və kənd sakinlərinin daxili yollarınında təmiri nəzərdə tutulub və həyata keçiriləcək.DİN -nin Quba regional qrupundan aldığımız məlumata görə isə sakinlərin müraciəti qəbul olub və aidiyatı üzrə yönləndirilib.Yaxın günlərdə məsələyə lazimi cavab veriləcək.

İstixəbər.info

Xüsusi müxbir:Etibar Hüseynov Şabran

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26