BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şabran rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Istixəbər.info saytının şimal bürosunun məlumatına görə Şabran rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1- iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri, valideynlər, Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Aysel Məmmədova dünyanın hər yerində qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə bu günün hər il bayram edilməsindən, ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısından, onların xoşbəxt gələcəyi üçün əlindən gələni etdiyindən danışıb. Çıxışının sonunda o, birdaha bütün uşaqları bu gün münasibətilə təbrik edib, onlara sağlam, firavan həyat, əminaman dünya arzulayıb.

Tədbir uşaqların təqdimatında mahnılar, şeirlər, rəqslər və maraqlı səhnəciklərlə davam edib.

İstixəbər.İnfo İnformasıya Portalı Şabran 2018-ci il

Xanlar Cəbrayılov:Xüsusi müxbir

 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26