BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sabirabadda 7 gündür su yoxdur


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanın ən isti rayonlarından biri olan Sabirabadda artıq 7 gündür əhaliyə su verilmir.

İstixeber.info xəbər verir ki, bu barədə məlumatı əslən Sabirabaddan olan jurnalist Pərvanə Sultanova sosial şəbəkə hesabından paylaşıb.

Jurnalistin sözlərinə görə, “Azərsu” rəsmilərinin nikbin açıqlamalarına baxmayaraq, Sabirabada suyun verilməsi hələ də bərpa edilməyib:

“Bu gün artıq 7-ci gündür ki, Sabirabada su verilmir. Yayın istisində, Sabirabad kimi istidən od tutub yanan bir rayonda insanlar su üzünə həsrət qalıblar, içməyə su tapmırlar.

Zəng etmişəm, “Azərsu” deyilən qurumun qaynar xəttinə. Utanmadan deyirlər ki, su təminatı bərpa olunub. Amma məlum olur ki, yalan danışırlar. Problemin aradan qaldırılması heç kim üçün maraqlı deyil. Və bunun adı dərəbəylik”. \Yenicag

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26