BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sabah hava necə olacaq?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstixəbər.info-ya verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 7-9° gündüz 17-19° isti, Bakıda gecə 7-9°, gündüz 17-19° isti təşkil edəcək. Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12°, gündüz 17-22°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26