BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sərhəddə ölmüş əsgər dəfn edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Çavuşun dəfnində DSX-nin rəhbər işçiləri, Xaçmaz icra hakimiyyətinin nümayəndələri iştirak edib

Azərbaycan-Gürcüstan sərhədinin Qazax rayonunun Şıxlı sərhəd buraxılış məntəqəsində avtomobil qəzası zamanı həlak olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 24 yaşlı Ələnnur Xəlilulla oğlu Süleymanovun cənazəsi doğulduğu Xaçmaz rayonuna gətirilib.

İstixəbər.info xəbər verir ki, xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş çavuşun dəfnində ailə üzvləri və yaxınları ilə yanaşı, DSX-nin rəhbər işçiləri və əməkdaşları, Xudat sərhəd dəstəsinin rəhbərliyi və şəxsi heyəti, Xaçmaz icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəsmiləri, sakinlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

DSX rəisinin müavini, general-leytenant Fərhad Ələkbərov mərhum hərbçinin ailəsinə DSX-nin rəisi, general polkovnik Elçin Quliyevin başsağlığını çatdırıb, ailəsinə və yaxınlarına Allahdan səbr diləyib. Öz növbəsində Xaçmaz İH başçısı Şəmsəddin Xanbabayev də xidməti vəzifəsini yerinə yetirərkən həyatını itirmiş hərbçinin ailəsinə başsağlığı verib.

Üç bacının yeganə qardaşı olan Ələnnur Süleymanov Xaçmaz rayonunun Qobuqırağı kənd qəbristanlığında dəfn edilib./İstipress.com

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26