BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xaçmazın İcra Başçısı Şəmsəddin Xanbabayevin doğum günüdür.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayeyin doğum günüdür.

İstixeber.info xəbər verir ki, Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmickəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.
Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdur.Digər bir sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ş.Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır. Aprelin 1-də onun 80 yaşı tamam olur.
Ailəlidir, iki övladı var.

Bizdə İstixeber.info saytı adından Ş.Xanbabayevi doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı arzu edirik.

Doğum günün mübarək!!!

İstixeber.info Xaçmaz
Rəşad Orucoğlu

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26