BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəmkirdə müəllim şagirdi vəhşicəsinə döydü: “NƏ İSTƏYİRSİNİZ, YAZIN!” – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkir rayonunda şagird müəllimi tərəfindən döyülüb.

İstixəbər.info xəbər verir ki, a24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Plankənd kəndində yerləşən Rövşən İsmayılov adına tam orta məktəbdə baş verib. Belə ki, məktəbin 6-cı sinif şagirdi Əsli adlı müəllim tərəfindən döyülüb. Şagird ağır xəsarətlər alıb.

Onun bel və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı bildirilir.

Hazırda şagirdin bədənindəki ağrılar səbəbindən dərsə gedə bilmədiyi vurğulanır.

Məsələ ilə əlaqədar sözügedən məktəbin direktoru Könül Məmmədova açıqlamasında əvvəlcə təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini bildirsə də, daha sonra hadisənin sentyabr ayında baş verdiyini deyib: “Bizim məktəbdə bu hadisənin baş verdiyi barədə məlumatı yayan şəxsi məhkəməyə vermişik. Haqq öz yerini tapacaq. Nə istəyirsinizsə, yazın. Hadisə sentyabrda baş verib. Gəldilər, araşdırma apardılar, iş də bağlandı. İndi başqa yerdəyəm və danışa bilmirəm”.

Qeyd edək ki, sözügedən məktəb, eyni zamanda yararsız haldadır. Məktəb qəzalı vəziyyətdə olduğundan valideynlər övladlarının orada təhsil almasından narazıdırlar.

Azərbaycanda müəllim şagirdi vəhşicəsinə döydü: "NƏ İSTƏYİRSİNİZ, YAZIN!" - FOTOAzərbaycanda müəllim şagirdi vəhşicəsinə döydü: "NƏ İSTƏYİRSİNİZ, YAZIN!" - FOTOAzərbaycanda müəllim şagirdi vəhşicəsinə döydü: "NƏ İSTƏYİRSİNİZ, YAZIN!" - FOTOAzərbaycanda müəllim şagirdi vəhşicəsinə döydü: "NƏ İSTƏYİRSİNİZ, YAZIN!" - FOTO

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26