BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəmkirdə avtomobil qəzası baş verib, yaralılar var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkir rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

İstixəbər.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, şadlıq saraylarının birinin önündə baş verib. Hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobillə digər bir avtomobilin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan, 1988-ci il təvəllüdlü Xaliq Rüstəmov, 1967-ci il təvəllüdlü Cabir Səfərov və 26 yaşlı Hüseyn adlı şəxs travmatologiya şöbəsinə yerləşdirilib. Daha bir nəfərin vəziyyətinin isə qənaətbəxş olduğu bildirilir.

Hadisənin səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır./Report

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26