BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəmkirdə ağır qəza: ölən və yaralanan var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkir rayonunun yol qəzası baş verib.

İstixəbər.info report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Lada Priora” markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26