BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sələmçilik Allaha düşmən olmaqdır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sələmçilik – Allaha düşmən olmaqdır

Sələmçilik, faizlə pul vermək günahdır, haramdır, Allah-Taalanın sevmədiyi işdir, insanlığa zidd olan əməldir. Allah-Taala bu işi haram buyurub.

Sələmçilik – baş kəsməkdir, qan içməkdir, kiminsə düşdüyü aciz vəziyyətdən istifadə edib onun hər şeyini əlindən almaqdır.

Təsəvvür edin ki, birinin övladı qəfil xəstələnir və məcbur olub sələmçinin üstünə gəlir. Sələmçi də faizini üstünə qoyur, aybaay alacağını irəlicədən deyir, pul verir. Həmin adam təcili problemini qaydasına qoya bilsə də, günbəgün, aybaay batmağa başlayır. Sələmi qaytara bilmədiyinə görə ya ailələr dağılır, başçısını itirir, evsiz-eşiksiz qalır…

Allah-Taala bizlərə buyurur ki, ehtiyac sahibinə yardım edək, borc verək.

İstixəbər.info yeniavaz.az-a istinadən bildirir ki, Qurani Kərimin “Bəqərə” surəsində buyurulur ki, ehtiyac sahibinə borc verin. Dinimizə görə, ehtiyacı olan qonşuya borc vermək qonşunun boynunun borcudur.

Qurani-Kərim sələm məsələsini şiddətlə rədd edir və görün bu haqda nələr buyurur:

“Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirdən şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağa) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar) Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.

Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafirləri, günahkarları sevməz.

İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbii yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

Ey möminlər! Əgər doğrudan da iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (onu borclulardan almayın!)

Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar (Bəqərə surəsi 275-279).

Allah-Taalanın sözünün üstünə söz deyilməz. Elə düşünürük ki, sələm işində, faizçilik də hər şey bu ayələrlə aydın oldu.

Hər kəs öz seçimini eləsin, ya təslim olub Allahdan əfv diləsin, ya da Allaha və Onun Peyğəmbərinə düşmənçiliyə davam eləsin.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26