BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ŞƏKİDƏ AVTOMOBİLLƏRDƏN OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onların avtomobillərindən oğurluq olunması barədə məlumat veriblər.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər, Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanılıb. Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26