BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəhriyar Məmmədyarov məğlub olub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Maqnus Karlsen – Şəhriyar Məmmədyarov – 3:2

İstixəbər.info məlumat verir ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirində qalibin adına aydınlıq gəlib.

Çempion IX tur çərçivəsində keçirilən Maqnus Karlsen (Norveç, 2843) – Dinq Liren (Çin, 2778) görüşünün nəticəsinə əsasən müəyyənləşib.

Belə ki, bu qarşılaşmada asiyalı 1 xal qazanacağı halda, birinci olacaqdı. Lakin dünyanın ən güclüsü olan Karlsen ona bu şansı verməyib və şahmatçılar heç-heçəyə razılaşıblar.

Beləliklə, xalını 6-ya çatdıran Karlsen rəqibləri üçün əlçatmaz olub və çempionluğunu rəsmiləşdirib. Bu zəka sahiblərinin xalları yarı bölməsi turnirdə ikinci yerin sahibinin də adına aydınlıq gətirib. Liren 5,5 xal toplamaqla ən yaxın izləyicilərini 1,5 xal qabaqlayır ki, son turun davam edən 3 qarşılaşmasında da heç bir şahmatçı ona çata bilməyəcək.

Çempionluq “Shamkir Chess”də vahid rekordçunu da müəyyənləşdirib. İndiyədək Karlsenlə (2014, 2015) Məmmədyarov (2016, 2017) hərəyə iki dəfə analoji yarışın qalibi olmaqla birinciliyə şərik idilərsə, 5-ci cəhddə norveçli qrossmeyster həmyerlimizi qabaqlayıb.

 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26