BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəfa tapmaq üçün getdiyimiz dənizdən tapacaqımız və bilmədiyimiz xəstəliklər..


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Alimlər sübut edib ki, çimərlik, dəniz və istirahətdə insan bir neçə növ xəstəlik və simptomlara yoluxa bilər. İndiki çimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin sayı arta bilər. Əgər isti qumsallıq, çimərlik və dənizdən, hovuzdan qayıtdıqdan sonra özünüzü yaxşı hiss etməsəniz, mütləq həkimə müraciət edin, yoxlanın.
İstixəbər.info  saytı xəbər verirki, artıq yay aylarının olması insanların çimərliklərə üz tutmasına səbəb olur.Bəs görəsən bizi həmin çimərliklərdə hansı xəstəliklər  gözləyir və bu xəstəliklərdən necə qorunmalıyıq?Suallarımızı Qusar rayonunda fəaliyyət göstərən özəl klinikanın həkimi Terapevt Fəxrəddin Abdullayeva ünvanladıq.Fəxrəddin doktorun dedikləri: Dəniz xəstəlikləri sırasında əsasən qulaq infeksiyaları, sidik yolu infeksiyaları, göbələk xəstəlikləri, sinusitlər, mədə-bağırsaq infeksiyaları, parazitar xəstəlikləri, Entamöba, Lyambliya (Giardia), göz xəstəlikləri yer alır. Yay fəsilində xəstəliklərə yoluxmamaq üçün ilk növbədə gigeyna qaydalarına düzgün riaət etmək lazımdır.Yəni dəniz qrağına apardıqımız meyvə-tərəvəz məhsullarını təmiz su ilə yumalı xüsusi buzlayıcı çatnalardan istifadə etməliyik. Dənizdə çimərkən sidik yolu infeksiyalarınıda unutmaq olmaz.Əsasən qız uşaqlarında yaş çimərlik geyimində qalanda və ya qumda oturaraq, uzun müddət oyun oynamaqdan qaynaqlanır.Sahildəki və ya suyun tərkibindəki mikroblar asanlıqla sidik yollarına düşür. Ağrılı və tez-tez sidiyə getmə, qarında ağrı, ürəkbulanma, qusma, iştahasızlıq, halsızlıq, qızdırma əsas əlamətlərdir.Göbələk infeksiyaları dəri, saçlı dəri və dırnaqlarda görülür, yoluxucudur. Mədə-bağırsaq infeksiyaları da çirkli dənizdə çiməndən sonra daha tez-tez müşahidə olunur. Bura virus mənşəli rotavirus, norovirus, enterovirus, Salmonella, Şigella, E.coli-yə bağlı bakterial və lyambliya, entamöba kimi parazitar xəstəliklər daxil edilir. Qızdırma, qusma, ishal, halsızlıqla özünü büruzə verir.Bu xəstəliklərə yoluxmamaq üçün çirkli çimərliklərdə çimməmək lazımdır. Dənizə girdiyiniz zaman qulaq infeksiyasından qorunmaq üçün qulağınıza vazelin və ya qliserin yağı ilə isladılmışpambıq qoyun. Heç bir halda dəniz suyu udmayın. Gözə düşə biləcək
infeksiyadan qorunmaq üçün su eynəyi taxın.
HELMİNTLƏR, QURDLAR
Çimərlik qumu – steril deyil. Orda digər heyvanlar da gəzir, xüsusən itlər, pişiklər, həmçinin sahildən gələn sürfələr, qurbağalar, xırda mikroorqanizmlər. Ona görə bu qumda çox rahatlıqla parazit qurdları tapılır: askarid, toksokar, vlasoqlav. Ona görə qumun üzərində yox, şezlonq, topçan və ya heç olmasa dəniz dəsmalı, xüsusi örtüyün üzərində uzanmaq lazımdır. Sanepidemioloji stansiyanın qoyduğu xəbərdarlıq nişanları olan suda çimməyin. Deməli orda suyun vəziyyəti ürəkaçan deyil. Çimərlikdə bacardıqca az yemək yeyin. Dırnaqlarınızın dibinə keçmiş yumurtalar ağzınıza düşə bilər. Yaxşı olar, çimdikdən sonra duş altında yaxalanıb, əllərinizi və dırnaqların dibini sabunla yuyub, sonra nəsə yeyəsiniz.
GÖBƏLƏK
Xüsusən yaş, nəm qumsallıq, torpaq, yaş çınqıl mikozların sevdiyi və çoxaldığı mühitdir. Göbələk daban və barmaqlara asanlıqla yapışır. Ona görə dəniz suyunun kənarına ayaqyalın yox, çimərlik başmağı ilə yaxınlaşıb gəzin. Dəniz üçün tərlik ağac materialı, bambukdan olmalıdır.
VİRUSLAR
Dənizdə çiməsən, dəniz suyu udmayasan? Ən azı bir-iki damcı dəniz suyu ağız boşluğuna düşəcək. Xüsusən uşaqlar bunu kontrol edə bilmir. Dəniz və hovuz suyunda bağırsaq çöpləri, enteroviruslar və xolera var. Yalnız xüsusi təchizatlı çimərliklərdə və hövzələrdə çimərkən virusa yoluxmazsınız. Əgər getdiyiniz yerin suyunu heç kim yoxlamırsa, o zaman istənilən virusa hazır olun.
İLTİHABİ PROSESLƏR
Daha çox bağırsaq, mədə və cinsi orqanların iltihabi xəstəliklərinə rast gəlinir. Xüsusən kritik günlərdə dənizə girən qadınlar təhlükə altındadır. Çünki istər tampon, istər bez dəniz suyunu özünə hopduraraq, ordakı bakteriya və virusları cinsiyyət yollarına ötürür. Yaxşı olar ki, kritik gündə dənizə girməyəsiniz
SİSTİT
Yaş çimərlik geyimində və alt paltarında çox gəzmək, uzanmaq isti çimərlikdə vecinizə olmur. Amma bu sidik kisəsini soyuqlada bilər. Ona görə çox qadınlar yayın sonu sistitlə üz-üzə qalır. Xüsusən əvvəlcədən sistiti olan insan üçün risk daha çoxdur. Yeganə yol dənizdən çıxan kimi başqa paltar geyinməkdir. Qız uşaqları və yeniyetmə qızlarda da sistitə yoluxma ehtimalını nəzərə alın..
Həmin video görüntüləri Sizlərə təqdim edirik
İstixəbər.info İnformasıya Portalı Bakı 2018-ci il
Rəşad Ağaşirinov
Medicina.azın bəzi məlumatlarından istifadə edilmişdir..
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26