BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəbnəm yol qəzasında ağır yaralanıb?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müğənni Şəbnəm Tovuzlunun qəzaya düşməsi barədə xəbərlər yayılıb.

İstixeber.info musavat.com-a istinadən bildirir ki, bu gün Bakı-Qazax yolunda yol baş verən qəzanın səbəbkarının ifaçının olduğu bildirilib. Hətta qəza zamanı Şəbnəm Tovuzlunun da xəsarət aldığı iddia edilib.

Yayılan məlumatlarla bağlı musavat.com saytına açıqlama verən müğənni xəbəri yalanlayıb:

“Yalan xəbərdir. Mən qəza törətməmişəm. Qəzada da ağır yaralanmamışam. Qohum-qonşu bayaqdan mənə zəng edir, narahatdırlar. Xahiş edirəm ki, haqqımda bu cür yalan xəbərlər yazılmasın. Yaxınlarım narahat olur. Qarşıda konsertlərim var, onlara ciddi hazırlaşıram. Beynimin bu cür xəbərlərlə yorulmasını istəmirəm.Yeni fotosessiya etmişik, “Dərmanımdır” adlı mahnım da hazırdır. Yaxın günlərdə təqdim olunacaq.

Bu arada qəza keçirən kimdirsə, keçmiş olsun. Allah hər kəsi qəzadan bəladan qorusun”.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26