BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rusiyadakı səfirliyimiz yanır? – Polad Bülbüloğlundan AÇIQLAMA


Rusiyadakı səfirliyimiz yanır? – Polad Bülbüloğlundan AÇIQLAMA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiya FHN əməkdaşları Moskvanın mərkəzində Azərbaycan səfirliyində baş vermiş yanğınla bağlı məlumatı yoxlayırlar.

İstixeber.info TASS-a istinadən xəbər verir ki, idarədən bildirildiyinə görə, yanğın təhlükəsizliyi xidməti səfirlikdə baş vermiş yanğınla əlaqədar məlumat alıb. Hazırda məlumat yoxlanılır.

REKLAM
Agentliyin həmsöhbətinin sözlərinə əsasən, hadisə yerinə bir neçə yanğınsöndürən briqada göndərilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə virtualaz.org-a bildirib ki, Rusiya KİV-lərinin diplomatik korpusun binasında yanğınla bağlı yaydıqları xəbər dezinformasiyadır.
“Hazırda biz səfirlikdəyik və burada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə dərc edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimat mərasimi keçirilir. Tədbir çərçivəsində həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur”, – P.Bülbüloğlu deyib./unikal

İstixeber.info

155 Baxış sayı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26