BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rövşən Lənkəranskinin qardaşı Şeyx Həmzətlə görüşdü — FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2016-cı ildə qətlə yetirilmiş azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qarşdaşı Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla görüşüb.

İstixəbər.info oxu.Az-a istinadən xəbər verir ki, baş tutmuş görüşü əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlindən sonra Şeyx Həmzət onun qisasını alacağına söz vermiş və bu işdə öldürülmüş kriminal avtoritetin qardaşına dəstək vəd etmişdi.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev bir müddət əvvəl İstanbuda saxlanılmışdı.

KİV-in məlumatına görə, bir müddət həbsdə qalan Canıyev bu vaxt ərzində işdən azad olunub.

N.Canıyevin qardaşı R. Lənkəranskinin qətlində ittiham etdiyi digər azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) qəsd üçün İstanbulda toplaşdığı bildirilirdi.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26