BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qusarda qız anasının meyitini tapdı. Ölümün səbəbi araşdırılır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qusarın Qaratoba kəndində ölüm hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, kənd sakini 51 yaşlı Saniyə Uspat qızı Bayramovanın yaşadığı evdə meyiti tapılıb. Qadının meyitini onunla birgə yaşayan ögey qızı 39 yaşlı Aynurə Qubat qızı Abdurzayeva görüb və polisə məlumat verib.

Məlumat daxil olan Qusarın prokurorluq və polis əməkdaşları hadisə yerinə gəlib, hadisə yerinin və meyitin müayinəsi aparılıb.

Mərhumənin yaxınları onun ögey qızı Aynurə tərəfindən öldürülməsini iddia edirlər. Lakin bu fakt hüquq-mühafizə orqanları tərəfindən təsdiqini tapmayıb. Meyitin üzərində hər hansı xəsarət, zorakılıq əlamətləri aşkar olunmayıb.

Aynurə Abdurzayeva bildirib ki, mətbəxə keçərkən Saniyə Bayramovanı yerə yıxılmış vəziyyətdə görüb və onun öldüyünü müəyyən edib. Bundan sonra dərhal polisə məlumat verib.

Mərhumənin epilepsiya xəstəliyindən əziyyət çəkməsi, həmin xəstəlikdən rayon xəstəxanasında bir neçə dəfə müalicə aldığı da məlum olub.

Ölümün səbəblərini tam müəyyən etmək üçün meyit bu gün daxili ekspertizadan da keçiriləcək.

Faktla bağlı Qusar prokurorluğunda araşdırma başlanılıb.

İstixeber.info 

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26