BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qusarda oğurluq edən şəxs saxlanılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qusarda oğurluq edənlər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək, sahiblərinə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Əfəndiyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən Ş.Əfəndiyev, M.Sultanovaya məxsus Balaqadaşov küçəsində yerləşən fərdi yaşayış evinin açarını gizli yolla əldə etdiyini və müxtəlif vaxtlarda evə qanunsuz daxil olaraq oğurluqlar törətdiyini bildirib. Ümumilikdə ev sahibinə beş min manata qədər maddi ziyan vuran Ş.Əfəndiyev, həmin evdən 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası və digər məişət avadanlıqları oğurlayıb.
Bundan əlavə həmin şəxsin ətraflarında aparılan tədbirlərlə onun 2018-ci ilin noyabr ayında şəhərin A.Xammətov küçəsində yerləşən evlərin birindən dəyəri 350 manat olan “Pegasus Tecaro SL” markalı velosiped oğurladığı da məlum olub.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26