BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qusarda gənc ata 2 aylıq qızının üzünü görmədən özünü öldürdü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avqustda ailə quran 24 yaşlı gənc mart aylarında həyat yoldaşından ayrılıb

İstixəbər.info İstiPress-in şimal bürosuna istinadən xəbər verir ki, intihar hadisəsi ötən gün axşam saatlarında İmamqulukəndoba kəndində qeydə alınıb. Kənd sakini 24 yaşlı Valerik Carulla oğlu Əlisultanov özünü yaşadığı evin həyətindəki gilas ağacından asaraq öldürüb.

Hadisə yerinə dərhal Qusar prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub. Mərhumun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsinə gətirilib.

Əldə etdiyimiz məlumata görə, mərhum keçən ilin avqust ayında evlənib, ammab u ilin mart ayında həyat yoldaşından ayrılıb. Cütlüyün boşanması hələ rəsmiləşdirilməyib. Valerikin bu ilin may ayında qızı doğulub. Amma onun qızının üzünü hələ görmədiyi, qeyri-rəsmi ayrıldığı həyat yoldaşının Hil kəndində-atası evində yaşadığı bildirilir.

Qusar rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.

İlkin ehtimala görə, gənc özünü ailəsi dağıldığı üçün öldürüb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26