BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qusarda 61 yaşlı kişi itkin düşüb -FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qusar rayonunda yaşlı kişi itkin düşüb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar rayonunun Caqar kənd sakini, 61 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu cari ilin iyun ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 162 sm., yumru sifətli, qəhvəyi qısa saçlı, gözlərinin rəngi qonur, dolu bədən quruluşlu, hər iki qolları əyridir.


N.Ərzimanov əqli cəhətdən qüsurludur. Evdən çıxan zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26