BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qusar rayonunda hərbi xidmətə çağırışçıların yola salma mərasimi keçirildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qusar rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırış kampaniyasına start verilib.

İstixəbər.info saytının şimal bürosu xəbər verir ki, iyulun 4-də səhər saatlarında, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin qarşısında bir qrup çağırışçı gəncin təntənəli yolasalma mərasimi keçirilib.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin Qusar rayon şöbəsinin rəisi, mayor Nicat Həsənov, Qusar rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov, Qusar rayon prokuroru Mübariz Əhmədov və idarə – müəssə rəhbərləri, ictimayyət numayəndələri iştirak etdilər.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin rəisi, mayor Nicat Həsənov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb.

Daha sonra çıxış edən Qusar rayon icra hakimiyyəti başçısı Şair Alxasov, habelə Qusar rayon prokuroru ədliyyə müşaviri Mübariz Əhmədov və valideynlər gənclərə vətənimizi, müstəqilliyimizi şərəflə qorumağı arzulayıblar.

Rayon musiqiçilərinin konserti ilə müşayiət olunan mərasimin sonunda gənclər marş sədaları altında Azərbaycan bayrağını öpərək yola düşüblər.

Yola salma mərasimindən fotoları Sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı Qusar 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26