BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubaya gedən avtobus sərnişinləri Qubaya yox təhlükəyə aparır: Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba istiqamətində hərəkət edən avtobus qəza şəraiti yaradıb.

İstixəbər.info xəbər verir ki, Bakı-Quba marşurutu ilə hərəkət edən 27 TA 055 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu sərnişinlər üçün təhlükə yaradıb. Belə ki, avtobusun sürücüsü Bakıdan çıxandan sonra avtobusun qapısını açır. Sərnişinlərin iradına baxmayaraq avtobusun sürücü avtobusu qapısı açıq vəziyyətdə idarə etməyə davam edib.

İstixəbər.info olaraq Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Yaşar İsakovla əlaqə saxladıq. Yaşar bəy bildirdi ki, “Bu istiqamətdə hərəkət edən avtobuslar daşıyıcı şirkətlərə məxsusdur. Əgər belə bir hadisə həqiqətəndə baş veribsə biz həmin daşıyıcı şirkətin rəhbərliyinə iradımızı bildirəcəyik. Onlarda öz növbələrində lazımı qaydada sürücünü cəzalandıracaqlar”.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova İstixəbər.info saytına bildirdi ki, bu kimi sürücülərə qarşı cəza tədbiri görmək bir başa olaraq DYP idarəsinin əməkdaşları nəzarət edir.

Bakıdan Qubaya qədər 3 DYP postu var. Bəs DYP əməkdaşları hara baxır?

Bununla bağlı Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaqda telefonlarımıza cavab verən olmadı.

Qeyd edək ki, Bakı-Quba istiqamətində hərəkət edən avtobusların çoxu qapısı açıq vəziyyətdə avtobusu idarə edirlər.

Avtobusun qapısı açıq vəziyyətdə olan video görüntünü Sizlərə təqdim edirik:

Mövzuya qayıdacağıq…

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26