BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada yük avtomobili dərəyə aşdı, sürücü yaralandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba rayonu ərazisində yük avtomobili yolun kənarına yuvarlanıb.

İstixəbər.info-un “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Binəqədi rayon Yol İdarəsinə məxsus olan HOWO markalı, 99-JK-502 dövlət nömrə nişanlı yük avtomobili Bakı-Quba yolunun 149-cu kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən mühərriki sönüb. Sürücü, Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Ediqar Səlim oğlu Namazov idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb.

Hadisə nəticəsində sürücü xəsarətlər alıb.

Aşmış yük avtomobili kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26