BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QUBADA “YOL NİŞANLARINA RİAYƏT ETMƏLİYİK” ADLI MARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təşkilatçılığı ilə rayonda yerləşən 6 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarına riayət edək” mövzusunda maarifləndirici tədbir keçirilib.

İstixeber.info xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və aşağı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis kapitanı Saleh Eyyubov şagirdlərə yol nişanları haqqında geniş məlumat verib, onlara yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb. Məktəblilərə hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını başa salan polis əməkdaşı, yol ayırıcılarında piyada keçidlərindən istifadə etməli olduqlarını deyib. Keçirilən bu cür maarifləndirici tədbirlərdə aldığı biliklərlə şagirdlərin sərbəst hərəkət edərkən təhlükəsiz gəzintilərinin təmin olunması, baş verə biləcək yol qəzalarının qarşısını almaq üçün vacib olduğunu deyib.
Daha sonra çıxış edən məktəbin müəllimləri, təşkilatçılığa və keçirilən maarifləndirici tədbirə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.
Tədbir şagirdlər tərəfindən hazırlanmış səhnəciklərlə yekunlaşıb.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26