BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada restoranda selfi çəkdirənlər niyə məmurun qəzəbinə tuş gəlib?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tanışları ilə restoranda oturan məmur sərxoş halda şəkillərinin çəkildiyindən şübhələnib.

Qubada məmur istirahət üçün getdiyi restoranda dava salıb…

İstixəbər.info saytı –İstiPress-in Şimal bürosuna istinad edərək bildirir ki,  rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Hikmət Yasinov şəhərdəki restoranlardan birində “selfi” çəkmək üstündə vətəndaşla dalaşıb.

 

İddiaya görə, Hikmət Yasinov bələdiyyə sədri Zakir Müslümov, Xaçmaz regional idarəsinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov və başqa vəzifəli dostları ilə birlikdə restorana gedib. O, sərxoş halda olarkən şəkillərinin çəkilməsindən şübhələnib və restorandakı digər masada əyləşən qonaqlarla mübahisə edib. Mübahisə sonradan davaya çevrilib.

Məsələni dəqiqləşdirmək üçün Hikmət Yasinovla telefon əlaqəsi saxladıq. O, İstiPress-ə açıqlamasında məsələnin çox şişirdildiyini, dava-mübahisə olmadığını bildirib.

Onun sözlərinə görə, həmin şəxs tanışı olub. Quba İH-nin şöbə müdiri bildirdi ki, o qonşu masada oturan adama “çəkmisənsə ayıb olsun, çəkməmisənsə bağışla” deyib və heç bir dava olmayıb. Hikmət Yasinov həmin şəxsin adını açıqlamayıb.

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26