BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan şəxs saxlanılıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Amsar kənd sakini, 28 yaşlı Şahin Süleymanov saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan göy rəngli sellofan torbada təmiz çəkisi 420 qram olan narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.


Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26