BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada 48 yaşlı qadın itgin düşüb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba rayonunda itgin düşən qadını ailəsi axtarır.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, Quba rayonunun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva oktyabr ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Güləbətin Zəkiyevanın əlamətləri belədir: Boyu 160-170 sm., dolu bədən quruluşlu, yumru sifətli, qısa saçlı, gözlərinin rəngi mavidir. G.Zəkiyeva psixi problemlərdən əziyyət çəkir.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26