BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada 13 gün əvvəl çaya aşan ekskavatorçunun meyiti tapıldı. Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  

Meyit su çəkiləndən sonra 8 metr dərinlikdən çıxarılıb

İstixeber.info xəbər verir ki,Qubada Vəlvələçay qazıntı zamanı suya aşmış ekskavatorçunun meyiti tapılıb. Bu barədə İstiPress-in Şimal bürosuna Quba FHK-nin sədri, İcra başçısının 1-ci müavini Allahverdi Xudaverdiyev məlumat verib.

Onun sözlərinə görə, 41 yaşlı Vüqar Qasımovun meyiti batdığı yerdə – FHN-nin xilasediciləri tərəfundən tapılıb. Meyit ərazidə suyun çəkilməsi işlərindən sonra tapılıb. 41 yaşlı kişinin cəsədi təxminən 7-8 metr dərinlikdən çıxarılıb.

Quba prokurorluğunda fakta görə açılmış cinayət işinin istintaqı davam edir.

Xatırladaq ki, V.Qasımovun texnikası fevralın 8-də Vəlvələçayda qazıntı işləri zamanı aşmış, özü də suda batmışdı.

İstixeber.info Quba 21.02.2019

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26