BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Quba Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba Rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Yol Polisimizlə bir gün” adlı tədbir keçirilib.

REKLAM

İstixeber.info xəbər verir ki, Rayon Polis Şöbəsinə gələn məktəblilər polisinin xidməti ilə yaxından tanış olublar. Şagirdləri inzibati binanın sıra meydanında qarşılayan RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov, onlara RPŞ-nin müxtəlif xidmətlərinə təhkim olunmuş xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlar haqqında geniş məlumat verib, xidməti ərazidə ictimai təhlükəsizliyin və ictimai-asayişin təmin olunması barədə görülən işlərdən danışıb.
Polis Şöbəsinin inzibati binasında davam edən tədbirdə məktəblilər konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olublar, Növbətçi hissənin iş prosesini izləyiblər. Məktəblilərə izah olunub ki, burada polis edilən müraciətlərə təxirəsalınmaz və operativ şəkildə yanaşılır, onlara baxılması üçün lazımi tədbirlər görülür. Daha sonra məktəblilərlə polislərin söhbəti çay süfrəsi arxasında davam edib.
Bu tanışlıq məktəblilər tərəfindən böyük maraqla qarşılanıb və onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Tədbirin sonunda məktəblilərə polislər tərəfindən hədiyyələr təqdim olunub.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26