BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qonşusundan elektrik enerjisi alan Goranboy sakini – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Goranboy rayonunun Şəfəq kənd sakini Gülnarə Cavadova saytımızın qaynar xəttinə müraciət edərək, yardım istəyib.

İstixeber.info-ya kənd sakini Gülnarə Cavadova bildirib ki, 2018-ci ildə Goranboy rayonu Şəfəq kəndində ev tikiblər. Ev tikilib hazır olandan sonra, evin sənədləri ilə birlikdə Goranboy “Azərişıq” ASC-nə evlərinin elektrik enerjisi ilə təmin olunması üçün müraciət edib. Ordan vətəndaşa bildirilib ki, bunun üçün siz ASAN XİDMƏT MƏRKƏZİ-nə müraciət edin. Vətəndaş bundan sonra Gəncə ASAN XİDMƏT MƏRKƏZİ-nə müraciət edib. ASAN-dan vətəndaşa bildirilib ki, bəs sizin evlə elektrik paylayıcı arasında məsafə uzaq olduğu üçün siz 2000-3000 azn civarında ödəniş etməlisiniz. Gülnarə Cavadovanın maddi imkanı çatmadığı üçün kor-peşman geri qayıdıb və qonşusundan (qonşu ilə aralarında 150 metr məsafə var) elektirik enerjisi alıb. Bu günə qədərdə qonşusunun elektrik enerjisindən istifadə edir.

Məsələyə aydınlıq gətirmək üçün, “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.

Tanrıverdi müəllim İstixeber.info-ya bildirdi ki, vətəndaşın şikayəti araşdırılacaq və qısa bir zamanda abonent elektrik enerjisi ilə təmin olunacaq.

Mövzuya qayıdacağıq…

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26