BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QOHUMLARININ EVİNDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qohumunun evindən oğurluq etdi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təngəaltı kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyən edilib.


Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək onlara məxsus fərdi yaşayış evlərinə qanunsuz daxil olmaqla oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.
Q.Orucəliyev tərəfindən oğurluq yolu ilə əldə edilmiş pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26