BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qızlar 50-60 kişi ilə cinsi əlaqəyə girirdi” – Adnan Oktarın cinayəti ilə bağlı – İYRƏNC FAKTLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Adnan Oktarın qruplaşmasında “qız gətirmə imamı” sayılan Bora Yıldız qızları aldada bilmədikdə dərhal Oktara zəng edib təlimat alırmış.

İstixəbər.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adnan Oktarın təşkilatına qarşı qaldırılan cinayət işi ilə bağlı daha bir şəxs dindirilib. Adı açıqlanmayan şəxsin sözlərinə görə, Bora Yıldız hər hansısa bir qızı təşkilatlarına gətirməkdə çətinlik çəkəndə dərhal Adnan Oktara zəng edirdi və ondan təlimat alırdı. Dindirilən şəxs öz ifadəsində bunları açıqlayıb:

“Adnan Oktar davamlı olaraq, qızları hansı yolla aldadılması barədə təlimatlar keçirdi. Qızların təşkilata cəlb edilməsi üçün Bora Yıldız və Dolunay Tekin AVM-lərdə gördükləri gözəl qızlara yaxınlaşırdılar. Əvvəlcə özünü bir reklam şirkətinin əməkdaşı kimi təqdim edən Dolunay Tekin qızlara yaxınlaşaraq, onların çox gözəl olduqlarını və istədikləri vaxt şirkət rəhbəri ilə tanış edəcəyini deyərək, mobil nömrələrini alırdı. Dolunay onlarla dost olurdu və güvənlərini qazanırdı.

Daha sonra həmin qızları Bora Yıldızın ofisinə gətirirdi və Yıldızı reklam şirkətinin rəhbəri kimi təqdim edirdi. Qızlarla tanış olan Bora onlarla bir müddətlik sevgili olurdu. Daha sonra o, qızları təşkilatın digər üzvləri – Ender Daban və Kartal Göktanla tanış edirdi. Qızlar təşkilatda 50-60 kişi ilə cinsi əlaqəyə girirdi və təşkilatın köləsinə çevrilirdilər. Psixoloji və fiziki təzyiqlərə məruz qalan qızlar Adnan Oktara təqdim ediləcək hala gətirilirdilər. Adnan Oktar televiziyada gözəl aparıcı və diktor görəndə dərhal “Bora bu qızı mənə gətirsin” deyirmiş. Hətta buna görə Bora Yıldız bir neçə aparıcı və diktorla sevgili də olmuşdu”.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26