BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QHT-NİN YEKUN TƏDBİR VƏ SEMİNARLARI BİNƏQƏDİ RAYONUNDA YERLƏŞƏN FİZULİ RAYONUN 2 NÖMRƏLİ KÖÇKÜN ORTA MƏKTƏBİNDƏ BAŞ TUTDU – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi «Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsi çərçivəsində son tədbir və seminarları Binəqədi rayonunda yerləşən 2 Nömrəli Fizuli rayon Köçkün Tam Orta Məktəbində həyata keçirdi.

İstixəbər.info xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni canlı oxunduqdan sonra, iştirakçıları salamlayan Fizuli rayon 2 Nömrəli Tam Orta Məktəbin direktoru Svetlana Gəray qızı Məmmədova öncə bir dəqiqəlik sükutla Ümummilli Liderimiz Heydər Əliyevin və cəmi şəhidlərimizin müqəddəs ruhlarını yad etməyi tədbir iştirakçılarından xahiş etdi. Sonra o qonaqları salamlayaraq, məktəbin qayğı və uğurlarından, təhsilə müasir yanaşmaların fomalarından, ictimaiyyətin cəlb edilməsinin vacibliyindən danışdı. Sonra o, sözü «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirova verdi. Layihənin məqsəd və vəzifələrindən geniş məruzə edən Şahin Qədirov, təhsilimizin inkişafına daim diqqət göstərən ölkəmizin rəhbəri Cənab İlham Əliyevin bu sahəyə qayğısını xüsusi vurğuladı. O əlavə olaraq bildirdi ki, seçdiyimiz orta ümumtəhsil məktəblərində səmərəli sosial tərəfdaşlıq sistemi qurmaqla yüksək nəticələr əldə etmək mümkündür.

Rəşad Orucoğlu Ağaşirinov

Ekspert Rəşad Ağaşirinov Azərbaycan təhsil sisteminə yeni yanaşmalardan, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün davamlı axtarışların aparmasının zəruriliyindən danışdı. Əlavə olaraq bildirdi ki, təhsil sisteminin inkişaf istiqamətlərindən biri olan orta ümumtəhsil məktəblərində şagirdlərin inkişafı üçün bütün tərəflərin maraq və istəklərini təmin etmək vacibdir və müəyyən problemlərin həlli üçün bütün cəmiyyətin səylərini bir araya gətirməkçün yeni yollar tapılmalıdır.
Tədbirdə məktəb müəllimlərindən Səfərəliyeva Salatın İsbəndiyar qızı söz alaraq, şagirdlər və böyüklərin müvafiq sahələrdə birgə fəaliyyətinin təşkili , seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə sosial -ictimai fəal məktəblərdə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılmasını təklif etdi.
Tədbirdə digər icma nümayəndələrindın Hüseynova Durnisənin, valideynlərdən İsgəndərova Svetlananın, Məmmədova Aynurənin maraqlı çıxış və təklifləri oldu.
Sonda tədbir iştirakçılarına metodiki tövsiyyələr, bukletlər, dəftərxana ləvazimatları paylandı.
Layihənin seminar hissəsi 13.11.2018, 14.11.2018-ci il tarixlərdə açıq diskusiya şəraitində davam etdi. «Təhsil prosesinin qarşılanmasında yerli icmaların fəallığının artırılması» layihəsinin rəhbəri Şahin Qədirov, ekspertlərdən, Rəşad Ağaşirinov tərəfindən icra edilən seminarlarda təhsilin yeni idarəetmə yolları izah edildi.Seminar iştirakçıları xüsusən yerlərdə əlaqələndirmə mərkəzlərinin yaradılmasının vacibliyini dəfələrlə dilə gətirdilər.Və bu cür tədbir və seminarların gələcəkdə təhsil prosesinin iştirakçıları,icmalar, dövlət müəssisələrinin nümayəndələri arasında təşkil edilməsini layihə rəhbərindən xahiş etdilər. Onlar belə bir maraqlı layihənin həyata keçrilməsində dəstəyi və əməyi olan şəxslərə minnətdar olduqlarını bildirdilər.

Tədbirdən fotoları sizlərə təqdim edirik;

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26