BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qeyri-sabit hava şəraiti davam edəcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oktyabrın 27-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Bu barədə İstixəbər.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-12, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Oktyabrın 27-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 1-3 dərəcə şaxta, gündüz 1-5 dərəcə  isti təşkil edəcək.

Bildirilir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-si səhərədək davam edəcək.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26