BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qaz xəttinə baxıb təsəlli tapan kənd sakinləri: Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki, son illərdə ölkədə inkişaf səviyyəsinin yüksəlməsi, iqtisadi gəlirlərin artması əhalinin sosial vəziyyətinində yaxşılaşdırılması istiqamətində atılmış addımlardandır. Bu addımlardan biridə rayonların, qəsəbələrin, kəndlərin qazlaşdırılması məsələsidir. Prezident İlham Əliyevin söylədiyi kimi ölkədə bir dənədə olsun qazlaşmayan kənd , qəsəbə qalmamalıdır. Buna əyani bir sübut kimi keçən il Azərbaycanın ən turistik bölgəsi olan Nabranın qazlaşdırılmasını misal gətirmək olar. Amma indiyə kimi ölkəmizdə hələdə qaz üzünə həsrət qalan kəndlər də var.

Bu günlərdə çəkliş qrupumuz Xaçmazın  Seyidlər, Digahoba, Hacıəbdürəhimoba, Sibiroba və s. kəndlərində əhalinin qaz çəkilməsini səbirsizliklə gözlədiklərinin şahidi olduq. Ən maraqlı məsələ isə Seyidlər kəndinin qaz məsələsidir. Deməli bu kəndin düz kənarından qaz xətti keçir amma kənd sakinləri hələdə qaz üzünə həsrət qalıblar. Seyidlər kəndi ilə birlikdə bu istiqamətdə 4 -kəndə qazlaşmasını gözləyir. Xaçmaz rayonu KöhnəXudat Bələdiyyəsinin sədri Rita Mirzəyevadan aldığımız məlumata görə, bu bələdiyyəyə daxil olan Seyidlər, Digaoba, Ləyərqışlaq, İdrisoba, Fərzəlioba ümumilikdə  2000 -nəfər əhalisi olan bu kəndlərin qazlaşdırılmasına ehtiyac var. Aldığımız məlumata görə, Xaçmaz rayonu son illərdə ən çox qaz xətti çəkilən, əhalinin ən çox qazlaşdırılan rayonlarındandır.. Bəs Xaçmazın qaz üzünə həsrət qalan kəndləri nə vaxt qazlaşdırılacaq?

Məsələyə aydınlıq gətirmək üçün Azəriqaz İstehsalat birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Kərbalayidən münasibət öyrəndik. İbrahim müəllim bildirdi ki, bu il ərzində Xaçmaz rayonun 15-dən çox yaşayış məntəqəsi qazlaşdırılıb. 2-yaşayış məntəqəsində isə son tamamlanma işləri gedir. Sizin sadaladığınız kəndlərin isə növbəti illərdə qazlaşdırılması nəzərdə tutulub.

İstixəbər.info saytı olaraq qaz xətti çəkilməyən kəndlərin sakinlərinə bir ildə səbirli olmağı arzu edirik.

Hörmətli oxucular Seyidlər kəndindən hazırladığımız video görüntünü sizlərə təqdim edirik:

İstixəbər.İnfo İnformasıya Portalı Xaçmaz 2018-ci il

Baş redaktor :Rəşad Ağaşirinov

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26