BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QAYDALARI POZANLAR SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə yol hərəkəti qaydalarını pozan piyadalara və sürücülərə qarşı reyd keçirib.

Şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı əvvəlcə müəyyən edilmiş yerlərin kənarından keçdiklərinə görə piyadalar polis əməkdaşları tərəfindən saxlanılıb, onlar barəsində müvafiq tədbirlər görülüb.
Eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobil idarə edən, avtomobilin arxa baqaj hissəsinə qəsdən yük qoymaqla onu müxtəlif formalara salan , sərxoş vəziyyətdə sükan arxasında oturan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26