BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qaraqoyunlu Dəlü İsgəndər haqqında bilmədiyimiz FAKT


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qaraqoyunlular dövlətinin Azərbaycan orta əsrlər tarixində özünəməxsus yeri var. Təəssüf ki, bu dövlət barədə kifayət qədər tarixi məlumat yoxdur. Qaraqoyunluların ən maraqlı hökmdarlarından biri də Qara İskəndər olub.

İstixeber.info bildirir ki, “ölkə.az”a bu tarixi şəxsiyyət barədə maraqlı faktı tarixçi-alim Əkbər Nəcəf verib.

Qaraqoyunlu tarixinin ən maraqlı hökmdarlarından olan Qara İskəndərin ləqəbi “Dəlü” (Dəli) idi. Həddən artıq çevik, cəsur  bir lider olan İskəndər dəfələrlə əsgərinin azlığına baxmayaraq, Şahruxun böyük ordularının qarşısına çıxmaqdan çəkinməmişdir. Buna görə də cağatay əsgərləri dəfələrlə onunla üzləşmək istəmədiklərini Şahruxa bəyan etmişdilər.
İskəndər üçün həyatda ən dəyərli xüsusiyyət igidlik idi. İbn Tanrıberdi onun igidliyini mədh edərkən bütün Qaraqoyunlu hökmdarları kimi dinə laqeyd olduğu üçün tənqid etmişdir. Şərəf xan əsgərlərinin onu “Dəlü İskəndər” adlandırdığını yazır.

Qara İskəndərin 9 oğlu və 4 qızı olub. Qızlarından ikisi Arayiş xatun və Şah Saray bəyim şairə olub şerlər yazıblar.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26