BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ”ın oyununa pul qoyuluşu edən qadın rekord məbləğ uddu (FOTO)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Xorvatiyada mərc həvəskarı rekord məbləğdə uduş əldə edib.
İstixəbər.info xəbər verir ki, paytaxt Zaqrebin sakini – İvan M (61) adlı istifadəçi 766,231 kuna (təxminən 206 min manat) udub. Bu isə Xorvatiya mərc tarixində rekord göstəricidir. Vergilər çıxıldıqdan sonra qalibə 588,376 kuna (təxminən 158 min manat) ödənilib.
O, bu uduşu 25 matça düzgün proqnoz verməklə qazanıb. Kuponda yer alan görüşlər arasında “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada “Kukesi”yə qarşı keçirdiyi ilk oyun da yer alıb. Mərc həvəskarı qolsuz başa çatan qarşılaşmanın ilk yarısının heç-heçə yekunlaşacağını doğru təxmin edib.
Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında cavab oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
İstixəbər.info İnformasiya Portalı
loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26