BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“QARABAĞ” yeni hücumçu aldı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Bursaspor”un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək.

İstixəbər.info saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarqenin türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, “Qarabağ” transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız “Bursaspor”un bu keçiddən 200 min dollar qazandığını bildiriblər.

Qeyd edək ki, Dzon Delarqe “Bursaspor”a ötən il Avstriya klubu “Admira”dan keçmişdi.

Bildirilir ki, Konqo millisinin forvardı bundan sonra “Qarabağ”ın formasını geyinəcək. Bursa klubunun transferə çıxardığı 28 yaşlı oyunçu Azərbaycan çempionu ilə hərtərəfli anlaşma əldə edib.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26