BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ” “Səbail”i məğlub etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avropa kuboklarına hazırlaşan “Qarabağ” və “Səbail” futbol komandaları yoxlama oyununda üz-üzə gəlib.

İstixeber.info xəbər verir ki, “Azersun Arena” stadionunda təşkil olunan qarşılaşmada “Qarabağ qələbə qazanıb – 3:1

REKLAM

İlk qolu 12-ci dəqiqədə Dani Kintana vurub. Baş hakim Rəvan Həmzəzadənin təyin etdiyi penaltidən sonra Kintananın zərbəsini “Səbail”in qapıçısı Kamal Bayramov qaytarıb. İspaniyalı yarımmüdafiəçi topu təkrar zərbə ilə qapıdan keçirib.

23-cü dəqiqədə isə Orxan Qurbanlının ötürməsini Fəhmin Muradbəyli qola çevirərək hesabı bərabərləşdirib.

Birinci hissə bu hesabla da yekunlaşıb. İkinci yarıya Ağdam təmsilçisi daha istəkli başlayıb. Hissənin əvvəllərində Filip Ozobiç komandasını hesabda önə keçirib. Ağdam təmsilçisində üçüncü qolu Tural Bayramov vurub.

“Qarabağ” Azərbaycanı Çempionlar Liqasında, “Səbail” isə Avropa Liqasında təmsil edəcək.

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26