BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Qarabağ” “Qəbələ”ni darmadağın etdi – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Premyer-Liqasında beşinci tura yekun vurulub.

İstixəbər.info-un məlumatına görə, turun son qarşılaşmasında son çempion “Qarabağ” “Azərsun Arena”da  “Qəbələ” komandasını qəbul edib.

Matç Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Abdullah Zubir dubla imza atıb (31 və 73-cü dəqiqələrdə), hərəyə bir dəfə isə Araz Abdullayev (45) və Delarj (62) fəqrləniblər.

Qonaqların yeganə qolunu 90-cı dəqiqədə Rasim Ramaldanov vurub.

Turun digər qarşılaşmalarında “Sumqayıt” səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib, “Neftçi” isə eyni hesabla səfərdə “Zirə”dən üstün olub.

“Səbail” – “Sabah” matçında hesab açılmayıb.

Beş turdan sonra turnir cədvəlinə 13 xal toplayan “Neftçi” başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” 10 xalla ikincidir. “Sabah” 10 xalla üçüncü, “Sumqayıt”  yeddi xalla dördüncü, “Səbail” beş xalla beşincidir.

Bu mövsüm uğursuz çıxış edən “Qəbələ” dörd xalla dördüncü yerdədir.

“Zirə” klubu iki xalla yeddinci, “Keşlə” isə bir xalla sonuncu pillədə qərarlaşıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26